"Həyatın çox gözəl yumor hissi var”

Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
"Həyatın çox gözəl yumor hissi var”

“Ukraynanın məhv edilməsini tələb edənlər səfərbərlik əldə etdilər".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" səhifəsində yazıb.

“Üçgünlük müharibə”nin 210-cu günüdür. Ukraynanın məhv edilməsini tələb edən rusiyalılar nəticədə bunları əldə etdilər:

Səfərbərlik, sərhədlərin bağlanması, bank hesablarının dondurulması, fərariliyə görə həbsxana, Özəl Hərbi Şirkətlərdəki döyüşçülər üçün xüsusi məhbus dəstələri.

Hər şey hələ də plana uyğun gedir, deyilmi? Həyatın çox gözəl yumor hissi var”, - Prezident Ofisinin rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə