Avropa İttifaqı (Aİ) Rusiya kömürünə qarşı tətbiq etdiyi sanksiyaları yumşaldıb.
Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı direktivini yeniləyib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, yeni direktivdə Avropa İttifaqı sanksiyalarının digər ölkələrin ərzaq və enerji təhlükəsizliyinə təsir etməsindən qaçınılacağı bildirilib. Bu səbəbdən direktivdə əvvəlki sanksiya siyahısında olan bəzi malların Aİ şirkətləri tərəfindən və ya Aİ ərazisindən tranzitlə keçməklə üçüncü ölkələrə ötürülməsinə icazə verilib və gübrə, heyvan yemi, odun, sement, kömür və əlaqədar məhsulların göndərilə biləcəyi qeyd edilib. Direktivdə Aİ şirkətlərinə maliyyə və sığorta kimi xidmətlər təklif oluna biləcəyinə diqqət çəkilib.
Xatırladaq ki, Aİ 2022-ci ilin aprel ayında Rusiyadan kömürün idxalı və ya çatdırılmasını qadağan edən 5-ci sanksiyalar paketini qəbul etmişdi. Sanksiyalar paketi keçid dövrü başa çatdıqdan sonra avqust ayında qüvvəyə minmişdi. Aİ Komissiyasının əvvəlki direktivlərində Avropa şirkətlərinin kömür kimi məhsulların Rusiyadan Aİ-dən kənar ölkələrə daşınmasında iştirak etməyəcəyi bildirilirdi. Beləliklə, Aİ-nin Rusiyaya qarşı kömür sanksiyalarının əhatə dairəsi yüngülləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB