“Xüsusi hərbi əməliyyat...yerinə yetiriləcək”

...nə qədər vaxt aparsa belə....
“Xüsusi hərbi əməliyyat...yerinə yetiriləcək”

Birləşmiş Ştatlar Ukrayna münaqişəsində müşahidəçidən tamhüquqlu iştirakçıya çevrilmək statusuna yaxındır və sözün əsl mənasında, uçurumun astanasında tarazlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Newsweek” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“...Onlar NATO-dan, Amerika silahlarından Ukraynaya bitişik Rusiya ərazisini atəşə tutur, orada dinc sakinləri öldürürlər. Pentaqon Kiyevə kəşfiyyat məlumatlarını, zərbələr üçün hədəf təyinatlarını ötürdüyünü gizlətmir”, - deyə nazir bildirib.

O qeyd edib ki, amerikalı hərbi təlimatçıların və muzdluların olması Amerika tərəfinin münaqişədə iştirak dərəcəsi haqqında çox şey deyir.

Xatırladaq ki, bir müddət bundan əvvəl nazir Ukraynada xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrinin aktuallığını bəyan edib.

Lavrovun sözlərinə görə, xüsusi əməliyyatın məqsədləri nə qədər vaxt aparsa da, yerinə yetiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə