"NetBlocks"un şəbəkə məlumatları İranın bəzi əyalətlərində kütləvi etirazlar fonunda internetin demək olar ki, tamamilə bağlandığını təsdiqləyir.
SİA-nın əldə etdiyi məlumata görə, istifadəçilər bir neçə şəhərdə internet xidmətində fasilələr və ya ciddi yavaşlamalar olduğunu bildirirlər. Mütəxəssislərin fikrincə, bu uğursuzluq şəbəkə səviyyəsində əlaqəyə təsir göstərir və bir qayda olaraq, blokdan və ya VPN-dən yan keçmək üçün xüsusi proqram təminatından istifadə etməklə düzəldilə bilməz.
Xatırladaq ki, İranda hicabın düzgün geyinilmədiyi iddiası ilə həbs edilən qızın ölümündən sonra başlayan etiraz aksiyaları beşinci gündür davam edir. Mərhumun yaxınları onun “vitse polis” əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü iddia edir. Şahidlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, İran təhlükəsizlik qüvvələri etirazçılara atəş açır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB