Rusiya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin vasitəçiliyi ilə 10 hərbi əsiri azad edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, göyərtəsində hərbçilərin olduğu təyyarə Səudiyyə Ərəbistanına enib. Sərbəst buraxılanların siyahısında ABŞ, Böyük Britaniya, İsveç, Xorvatiya və Mərakeş vətəndaşları var, onların adları hələlik məlum deyil.
Qeyd edək ki, sentyabrın əvvəlində Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri üç minə yaxın xarici muzdlu məhv edildiyini bildirmişdi.
“...Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri fonunda əcnəbi muzdluların axınının azalması müşahidə olunur”. Bunu da , Şoyqu demişdi.
Bu ilin iyun ayında Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy, Böyük Britaniya vətəndaşları Şon Pinner və Aiden Aslin, eləcə də Ukrayna tərəfində döyüşlərdə iştirak etmiş mərakeşli Saadun Brahimin Rusiya vətəndaşları və ya Rusiya hərbi qulluqçuları ilə dəyişdirilə biləcəyini bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB