Fransa prezidenti Emmanuel Makron Rusiyanın qismən səfərbərlik elan etmək qərarından təəssüfləndiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bunu Fransa lideri Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
... Xəbərin pis xəbər olduğunu deyən Makron, bunun Rusiyanın daha böyük təcrid olunmasına gətirib çıxaracaəını da gizlətməyib
Fransa rəhbəri, nüvə güclərinin məsuliyyətli davranışına ehtiyac olduğunu qeyd edib.
Bu arada Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov, Rusiyada qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan hərbçinin çağırışının birdən-birə baş tutmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB