Kraliça 2-ci dəfə koronavirusa yoluxub

Kraliça 2-ci dəfə koronavirusa yoluxub

Danimarka Kraliçası II Marqretin İngiltərə kraliçası II Elizabetin dəfnində iştirak etdikdən sonra koronavirus testinin müsbət çıxdığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 50 ildir taxtda oturan 82 yaşlı Marqret rəsmi vəzifəsini ləğv edib.
Digər tərəfdən, II Marqret də fevral ayında koronavirusa yoluxub. Kraliçanın 3 dozada covid-19 peyvəndi olduğu vurğulanıb.
Qeyd edək ki, Marqret 1972-ci il yanvarın 15-də taxta çıxıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə