Ruslar...səfərbərliyə görə, Rusiyadan qaçırlar..?

Putin Ukrayna ərazisini işğal etmək niyyətindən əl çəkmir..?
Ruslar...səfərbərliyə görə, Rusiyadan qaçırlar..?

...Rusiyada qismən səfərbərlik elan edildikdən sonra ruslar çaxnaşmaya düşüb və aradan çıxmağın yollarını axtarırlar. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının vətəndaşları artıq bu gündən başlayaraq,..fəal şəkildə aviabiletlər alır və ya orduya getməmək üçün... qol və ya qıçı "asan yolla necə sındırmağın” yollarını Google-da axtarırlar.

Yenə də Ukrayna saytlarının yazdığına görə, Aviasales aviabiletlərinin alınması saytının məlumatına görə, digər ölkələrə uçuşların qiyməti dəfələrlə artsa da, lakin bu, panikaya düşən rusların bütün biletləri almasına mane olmayıb.

Maraqlıdır, ruslar səfərbərlikdən hara qaçmaq istəyirlər?

Deyilənlərə görə, bu gün, sentyabrın 21-dən İrəvan, İstanbul və Bakıya artıq bütün biletlər satılıb. Belarusa biletlərin satışı isə cəmi bir saat çəkib.

Deyilənlərə görə, Gürcüstana ən qısa uçuş üçün biletlər 120 min, Azərbaycana isə demək olar ki, 250 min rubla başa gəlir.

Sonrakı günlərdə Rusiyadan aviabiletlərin qiymətləri bir qədər aşağı olsa da, lakin yenə də adi haldan xeyli yüksəkdir və onların sayı daim azalır.

Maraqlıdır ki, səfərbərliyə görə Rusiyadan ən çox qaçmaq istəyən bölgələrin adları da açıqlanıb. Bunlara Moskva vilayəti, Krasnodar diyarı, Moskva, Sankt-Peterburq şəhərləri və... Çeçenistan Respublikası daxildir.

Bəli,bəli...Ramzanın “vətənpərvər çağırışçıları” qaçırlar.

... Ukrayna saytları yazır ki, Putinin bugünkü səfərbərliklə bağlı bəyanatı bir çox Qərb ekspertlərinin də dediyi kimi, Rusiyanın müharibəni davam etdirmək üçün insan resurslarına ehtiyacı olması ilə bağlı təhlilinə uyğundur

Və Putinin özü də bütün Ukrayna ərazisini işğal etmək niyyətindən əl çəkmir.

...Yenə də Ukrayna saytlarının yazdığına görə,.. əgər belə olmasaydı, Putin Rusiya türmələrindəki ən qatı cinayətkarları Ukraynaya döyüşə göndərməzdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə