...səfərbərlik Kiyev və NATO-nu ümidsiz vəziyyətə salıb!
Kadırovdan Putinə "dəstək"...

“Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarı Kiyev və NATO-nu ümidsiz vəziyyətə salıb”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı Rusiyanın bütövlüyünü qorumaq üçün genişmiqyaslı aksiyalara başlayıb. Bunlar zəruri, vacib və digər şeylərlə yanaşı, profilaktik tədbirlərdir.

“...Biz görürük ki, dövlətimiz ətrafında mövcud vəziyyət onun təhlükəsizliyinə təhdid yaradır. Əminəm ki, heç kimə sirr deyil ki, son bir neçə ildə Rusiyaya qarşı müharibə aparılıb və bu, ən alçaq şəkildə başlayıb. Bu müharibə hansısa mərhələdə gizli formada olub, indi isə hamıya aydındır”.

Qeyd edək ki, bunu da Kadırov yazıb.

Çeçenistan rəhbəri NATO-nun genişlənmə planlarının artıq iflasa uğradığını və indi kollektiv Qərbin Rusiyanı başqa üsullarla - ukronaziləri texnika və silahlarla təmin etməklə məğlub etməyə çalışdıqlarını bildirib.

Ramzana görə, nəticədə ruslar deyil, məhz NATO silahları ilə onlar Donbassın dinc əhalisini öldürür, Rusiya ərazisini atəşə tuturlar.

Kadırov qeyd edib ki, bu səbəbdən başlanmış xüsusi əməliyyatı başa çatdırmaq çox vacibdir, çünki düşmən “ölkəmizə, şəhər və kəndlərimizə, evlərimizə” gələ bilər.

P.S. Maraqlıdır, Ramzan NATO-nun genişlənmə planlarının artıq iflasa uğradığını deyərkən...elə son günlərdə Finlandiya və İsveçin bu alyansa üzv olduğunu görmürmü?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə