NATO-nun baş katibi Yens Stoltenberq alyans Rusiyanın nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik görmədiyini, lakin vəziyyətə nəzarəti davam etdirdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “RİA Novosti” “Reuters” agentliyinə istinadən xəbər verir.
“...Hələ ki, biz nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik müşahidə etməmişik, lakin biz diqqətlə izləyirik və ayıq-sayıq qalmaqdayıq”.
Qeyd edək ki, bunu baş katibYens Stoltenberq bildirib.
...Rusiya “nüvə münaqişəsində qalib gələ bilməyəcək” və Moskvanın nüvə silahından istifadə etməsi onun üçün görünməmiş nəticələrə səbəb olacaq.
Bunu da NATO-nun baş katibi bəyan edib.
Stoltenberqin sözlərinə görə, NATO Rusiya Federasiyasında qismən səfərbərlik elan olunduğu bir vaxtda “sayıq olmağa və Ukraynaya kömək etməyə davam edəcək”.
...Və sonda baş katib NATO ölkələrinin Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu da qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB