Almaniyada inflyasiya üsyanı!

Almaniyada Federal Statistika İdarəsinin ölkədəki illik inflyasiyanı yüzdə 7,9 olaraq açıqlaması ölkəni ayağa qaldırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, enerjidən qidaya, nəqliyyatdan sığınacağa qədər hər şeyin qiymətinin 2 dəfədən çox artdığını deyən almanlar “İnflyasiyanı 800 faiz hiss edirik”,- deyərək iğtişaş yaradıblar.

Bəzi rayonlarda təbii qazın qiymətinin 14 dəfə, işığın qiymətinin 12 dəfə, ərzaq məhsullarının isə bəzi yerlərdə 7 dəfə artdığı ölkədə real inflyasiya xalqı sıxışdırır. Hətta avtomobil qiymətlərinin 40 faiz artdığı ölkədə ərzaq məhsullarının bahalaşması aztəminatlı ailələri çətin vəziyyətə salıb.

Hər sahədə böyük artımlara baxmayaraq, rəsmi inflyasiyanın cəmi 8 faiz elan edilməsi ictimaiyyəti narahat edir. İnsanlar real yaşayış dəyərini göstərmək üçün enerji qəbzlərini qəzetlərə göndərməyə başladılar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə