Tailandın Pattani əyalətində patrul xidməti həyata keçirən polis əməkdaşlarına qarşı terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində bir polis məmuru ölüb, 4 polis əməkdaşı yaralanıb.
Hücumun 15 litr benzin və zibil qabına yerləşdirilmiş uzaqdan idarə olunan əldəqayırma bomba ilə həyata keçirildiyi müəyyən edilib və yaralıların xəstəxanada müalicəsinin davam etdirildiyi bildirilib.
Hücumun ekstremist siyasi qruplar tərəfindən törədildiyi ehtimal olunsa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB