“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”

Sergey Şoyqu vurğulayıb ki, ölkəsi təkcə Ukrayna ilə deyil, kollektiv Qərblə də müharibə aparır
“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”

“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçimiz ölüb”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,unu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır:

"Xüsusi əməliyyat zamanı yaralananların 90 faizdən çoxu xidmət yerinə qayıdıb".

Sergey Şoyqu vurğulayıb ki, ölkəsi təkcə Ukrayna ilə deyil, kollektiv Qərblə də müharibə aparır.

Prezident Vladimir Putinin qismən hərbi səfərbərlik elanı barədə danışan Şoyqu bildirib ki, qismən səfərbərliyə məruz qalanlar yalnız “hərbi xidmət keçmiş, xüsusi hərbi təhsil almış və ya hərbi təcrübə keçmiş şəxslər” olacaq.

Səfərbərliyə çağırıla bilənlərin yalnız 1faizinin cəbhəyə göndəriləcəyini qeyd edən Şoyqu bu şəxslərin ilk olaraq hazırlıq üçün hərbi təlim keçəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə