Almaniyada xəstəxanalar iflas ərəfəsindədir

Almaniyada xəstəxanalar iflas ərəfəsindədir

Almaniyada xəstəxanaların 40 faizinin artan enerji xərcləri səbəbindən iflasla üzləşdiyi bildirilir. SİA xəbər verir ki, enerji qiymətlərinin həddindən artıq artması və yüksək inflyasiyanın klinikaların fəaliyyətini davam etdirməsini qeyri-mümkün edən ölkədə xəstəxanaların 40 faizinin iflas ərəfəsində olduğu bildirilib.

Alman Xəstəxanalar Assosiasiyasının prezidenti Gerald Qass, "Nordkurier" qəzetinə klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanmalı ola biləcəyini söyləyib. Qass xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pisləşəcək. Bundan əlavə, xəstəxanaların 60 faizinin artıq maliyyə həyəcanı vəziyyətində olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə