Ərdoğan bəyan edib ki referendumun legitimliyini tanımır

Ərdoğan bəyan edib ki referendumun legitimliyini tanımır

Qeyd edtdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində çıxış edib.

Belə ki, Türkiyə lideri bildirib ki, ölkəsi Rusiya Federasiyasının DXR, LPR, Xerson və Zaporojye vilayətlərində keçirəcəyi referendumların nəticələrini heç vaxt tanımayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovskiy komsomolets” xəbər verir.

Xatırladaq ki, daha əvvəl oxşar bəyanatlar ABŞ, Almaniya, Polşa, Fransa və Britaniyanın səlahiyyətli nümayəndələri tərəfindən verilib.

Ərdoğan xatırladıb ki, Türkiyə Antalya və İstanbulda üzbəüz danışıqlar təşkil etməklə Ukrayna və Rusiya arasında dialoqun təşviqinə fəal töhfə verib. O, həmçinin beynəlxalq təşkilatları və bütün ölkələri Türkiyənin Ukraynada davamlı sülhün bərqərar olması üçün göstərdiyi səyləri səmimi şəkildə dəstəkləməyə çağırıb.

“Biz problemin ərazi bütövlüyü əsasında və Ukraynanın müstəqilliyi nəzərə alınmaqla həllinin tərəfdarıyıq. Rusiya Federasiyası və Ukraynaya böhrandan adekvat şəkildə çıxmağa imkan verəcək ağlabatan, ədalətli və həyat qabiliyyətli diplomatik həll yolu tapmaq üçün birgə işləmək vacibdir”, - Türkiyə lideri bildirib.

Verilən xəbərlərə görə, Nyu Yorkdakı çıxışından əvvəl Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə