Meksikada baş verən zəlzələnin miqyası böyüyür

Meksikada baş verən zəlzələnin miqyası böyüyür

Meksikada baş verən zəlzələnin qalıqları getdikcə daha da ağırlaşır. SİA xəbər verir ki, ölkədə dünən yerli vaxtla saat 13.05 radələrində Miçoakan əyaləti sahillərində Sakit Okeanda baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb, 200-dən çox binaya ziyan dəyib. Meksika prezidenti Andres Manuel Lopez Obrador öz "tvitter" hesabından Kolima əyalətinin Manzanillo şəhərində ticarət mərkəzində divarın uçması nəticəsində 1 nəfərin öldüyünü açıqlayıb. Obradorun zəlzələdən ən çox zərər çəkmiş ştatların qubernatorları ilə, xüsusən də Kolima və Miçoakandakı səlahiyyətlilərlə əlaqə saxladığı bildirilib. Zəlzələ ölkə daxilində keçirilən Milli Zəlzələ təlimindən təxminən 45 dəqiqə sonra baş verib və paytaxt Mexikoda güclü sarsıntı hiss olunarkən, zəlzələ həyəcan siqnalları işə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə