ABŞ qasırğa ilə bağlı xəbərdarlıq edib

ABŞ qasırğa ilə bağlı xəbərdarlıq edib

ABŞ qasırğanın yaxınlaşması ilə əlaqədar həyəcan təbili çalır. SİA xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tərəfindən verilən açıqlamada bildirilib ki, Fiona adlı qasırğanın Dominikan Respublikası və Puerto Riko kimi Atlantik Okeanındakı ada əyalətlərində milyonlarla insanın həyat şəraitinə ziyan vurduğuna dair məlumatlar paylaşılıb. Qasırğa bölgədə 1 milyon insanı susuz, 3 milyondan çox ada sakinini işıqsız qoyub. Həddindən artıq yağışın yağması ilə daşqınların olacağı xəbərdarlığı edilib. 3-cü kateqoriya səviyyəsindən başlayan Fiona qasırğasının sabah şiddətini artıraraq 4-cü kateqoriya səviyyəsinə çata biləcəyinə diqqət çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə