“Ruslara söz deyən “ən ağır şəkildə cəzalandırılmalıdır!”

“Ruslara söz deyən “ən ağır şəkildə cəzalandırılmalıdır!”

Krımlı senator Olqa Kovitidi bildirib ki, Ukrayna hərbçilərinin referendumun nəticələrinin açıqlanmasından sonra Luqansk və Donetsk Xalq Respublikalarına hücumları Rusiyanın mülki əhalisinə birbaşa təcavüz kimi qiymətləndirilməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

“...Referendumun nəticələrinin elanından sonra Ukraynanın hərbi təcavüzünün istənilən təzahürü Rusiyanın mülki əhalisinə qarşı açıq təcavüz kimi qiymətləndirilməlidir”.- senator Kovitidinin sözləridir.

O daha sonra əlavə edib ki, Rusiya Federasiyasının əhalisinə qarşı aqressiya nümayiş etdirən günahkarlar “ağır şəkildə cəzalandırılmalıdır”.

Xatırladaq ki, DXR və LPR-in İctimai Palataları bazar ertəsi, sentyabrın 19-da respublikaların başçıları Denis Puşilin və Leonid Paseçnikə müraciət edərək, təcili olaraq Rusiya Federasiyasına qoşulmaq üçün referendum keçirməyə çağırıblar.

Sən demə bu hələ bəs deyilmiş kimi, Zaporojye və Xerson vilayətlərinin görkəmli ictimai xadimləri də analoji müraciətlərlə çıxış ediblər. Onlar guya deyirlər ki, Rusiyaya birləşmək regionların əhalisinin təhlükəsizliyini təmin etməyə imkan verəcək və “tarixi ədaləti bərpa etmək” imkanı verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə