Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmayacaq...

Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmayacaq...

ABŞ prezidenti Cozef Bayden Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq təşəbbüsü ilə çıxış etmək niyyətində deyil.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun dediyinə görə, Bayden sabah BMT-dəki çıxışı zamanı bu məsələni qaldırmayacaq.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken və ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Baş Assambleyanın yüksək səviyyəli sessiyasının həftəsində təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsini qaldıracaqlar.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurası 15 üzv dövlətdən ibarətdir - beşi daimi, qalan onu isə qeyri-daimi.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın "veto hüququ" var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə