Birləşmiş Ştatlar Rusiyanın öz ərazisinə qatmaq üçün Ukraynada keçiriləcək referendumları hücum adlandırıb və Ukrayna ərazilərinin Rusiya Federasiyasına qatılacağı təqdirdə daha sərt sanksiyalar üzərində işləyəcəyini vəd edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” Ağ Evin nümayəndəsi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya tərəfinin təşkil etdiyi referendumlar “suverenlik və ərazi bütövlüyü prinsiplərinə təhqirdir”. Sallivan deyib ki, ABŞ lideri Cozef Bayden BMT Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanın Ukraynada apardığı ədalətsiz müharibəni qətiyyətlə pisləyəcək və dünyanı çılpaq təcavüzə qarşı müqavimət göstərməyə davam etməyə çağıracaq.
Prezidentin köməkçisi Rusiyanın belə bir addımı müqabilində ABŞ və müttəfiqlərinin Kremlə qarşı sanksiyaları daha da sərtləşdirəcəklərini bildirib.
“...Açıq deyim ki, əgər bu baş verərsə və bu, hələ həll edilmiş məsələ deyilsə, Birləşmiş Ştatlar heç vaxt Rusiyanın Ukraynanın ilhaq edilmiş hissəsinə iddialarını tanımayacaq. Biz bu ərazini heç vaxt Ukraynanın bir hissəsi kimi tanımayacağıq. Biz Rusiyanın hərəkətlərini qeyd-şərtsiz rədd edirik və müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanın xərcləri öz üzərinə götürməsini təmin etmək və Ukraynaya tarixi dəstək vermək üçün işləməyə davam edəcəyik”.
Bunları da Sallivan bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB