Moldova ABŞ və Rumıniya ilə birgə hərbi təlim keçirir

Moldova ABŞ və Rumıniya ilə birgə hərbi təlim keçirir

...Deyirəm, bunlara indiki məqamda lap vacibmiş...

Deməli, Moldovada milli ordusunun hərbi qulluqçuları ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə təlimlərə başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən xəbərlərə görə, “Atəş Qalxanı-2022” adı altında keçirilən təlimlər sentyabrın 20-də Bulboaca poliqonunda start götürüb. Təlimin məqsədi “iştirakçı bölmələrin bacarıqlarının təkmilləşdirilməsi və tərəfdaş ölkələrin orduları arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması” adlanır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bu təlimi çoxmillətli sülhməramlı missiyalarda iştirak üçün zəruri hesab edib.

O da xatırladılır ki, 2015-ci ildən hər il keçirilən “Atəş Qalxanı” təlimi 2022-ci il üçün milli ordunun təlim planının bir hissəsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə