Metina bölgələrində 5 PKK terrorçusu zərərsizləşdirilib

"Pəncə-Kilid" əməliyyatı davam edir...
Metina bölgələrində 5 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı və Metina bölgələrində aşkarlanan 5 PKK terrorçusu zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Pəncə-Kilid" əməliyyatı və Metina bölgələrində aşkarlanan daha 5 PKK terrorçusunun Türkiye Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

"Mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək”, - deyə açıqlamada qeyd olunub.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə, “Eren Abluka-34” əməliyyatı çərçivəsində Diyarbəkir-Dicle çölündə 3 PKK terrorçusunun silahları ilə zərərsizləşdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə