Kiyev hərbi əməliyyatları davam etdirəcək...

...regionların Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumlara belə baxmayaraq
Kiyev hərbi əməliyyatları davam etdirəcək...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba DXR, LPR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumların Kiyevin mövqeyini dəyişməyəcəyini və Ukrayna hakimiyyətinin hərbi əməliyyatları davam etdirəcəyini bildirib.

Kulebanın “Twitter”də yazdığı kimi, Donbass, Zaporojye və Xerson vilayətlərinin respublikalarının planları “heç nəyi dəyişməyəcək”.

“Ukraynanın öz ərazilərini azad etmək hüququ var və Rusiyada nə deməsindən asılı olmayaraq, onları azad etməyə davam edəcək”, - deyə Kuleba bildirib.

Onu da qeyd edək ki, Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak qarşıdan gələn referendumu “şantaj” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə