"NATO Rusiya ilə müharibə etmir, Kiyevi dəstəkləyir”

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer deyir bunu...
"NATO Rusiya ilə müharibə etmir, Kiyevi dəstəkləyir”

Ukraynaya hərbi yardım göstərən NATO Rusiya ilə müharibə aparmır.

SİA RBC-ə istinadən xəbər verir ki, bu fikri alyansın hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib.

O, NATO-nun Kiyevi dəstəkləyərək Rusiya Federasiyası ilə müharibə etmədiyini “son dərəcə aydın” adlandırıb və əlavə edib ki, Moskva alyans üzvü olan ölkəyə hücum etsə, blokun özünü müdafiə edəcəyi tamamilə aydın olacaq.

Bauerin sözlərinə görə, Şimali Atlantika Alyansı Ukraynaya “qeyri-öldürücü” yardımlar, məsələn, rabitə avadanlığı, tibbi avadanlıq və s. göndərir, ölkənin “təcrübəsiz müdafiə hüququnu” dəstəkləyir.

Maraqlıdır ki, amerikalı admiral Ukraynanın NATO-ya üzv olmayan 50 dövlətdən hərbi və digər dəstək aldığını xatırladıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya dəfələrlə guya Ukrayna ərazisində NATO ilə üz-üzə qaldığını bəyan edib.

Yeri gəlmişkən, Rusiya hərbi xüsusi əməliyyatı başlamazdan əvvəl alyans yeni Strateji Konsepsiya qəbul etdi və orada Moskvanı bloka birbaşa təhlükə adlandırdı.

Onu da xatırlayırıq ki, iyun ayında NATO-nun baş katibi Yens Stoltenberq alyansın hələ 2014-cü ildə Rusiya Federasiyası ilə qarşıdurmaya hazırlaşmağa başladığını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə