Putinin xalqa müraciəti gözlənilir...

Putinin xalqa müraciəti gözlənilir...

Çərşənbə axşamı, sentyabrın 20-də prezident Vladimir Putin LPR, DXR, Xerson və Zaporojye vilayətlərinin ərazilərində referendumla bağlı vətəndaşlara müraciət edə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RBC” prezident administrasiyasına yaxın mənbələrə istinadən xəbər verir.

Putinin günün sonuna qədər açıqlama verəcəyi ehtimal edilir. Maraqlıdır ki, Rusiya prezidentinin konkret nəyi açıqlamaq niyyətində olduğu hələ ki, mənbələrə məlum deyil.

...Xatırladaq ki, bir gün əvvəl LPR, DXR, Xerson və Zaporojye vilayətlərinin nümayəndələri regionların Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı referendum keçirmək istədiklərini bəyan ediblər(?).

Verilən xəbərlərə görə, sentyabrın 23-dən 27-dək Donetsk və Luqansk Xalq Respublikalarında ümumxalq səsverməsi təşkil olunacaq.

Qeyd edək ki, həmin variantın Xerson vilayətində də həyata keçiriləcəyi gözlənilir.

Amma Zaporojyedə dəqiq tarixlər açıqlanmayıb deyə, ruslar demiş hələ “pod vopros”dur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə