Bu arada Polşa Brest istiqamətində “gözlənilən hücumdan” qorunmaq üçün respublikanın şərqində yerləşən 18-ci mexanikləşdirilmiş divizionu “Abrams” tankları və “Apaçi” helikopterləri ilə təchiz etmək niyyətindədir.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
Onun sözlərinə görə, yuxarıda adı çəkilən “Dəmir diviziya”nın vəzifəsi Polşanın şərqində təhlükəsizliyi təmin etməkdir.
Verilən məlumatlara görə, Amerika prinsipi ilə təşkil olunmuş “Dəmir diviziya” tezliklə yeni silahlar da alacaq. Blaşçak hesab edir ki, bu bölgü “Brest qapılarını bağlayaraq”, maneəyə çevriləcək və Şərqdən Polşaya hücumu mümkünsüz edəcək.
Qeyd edilməlidir ki, Blaşçak burada “Brest qapıları” deyərkən təbii ki, Polşanın şərqindən Vistula çayına qədər olan düzənliyi nəzərdə tutur.
Xatırladaq ki, Polşa hakimiyyətinin yaxınlarda ABŞ-dan 96 “Apaçi” hücum helikopteri almaq niyyətiolduğu barədə də xəbərlər dolaşmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB