Kraliçanın cənazəsini 250 min insan ziyarət edib

Kraliçanın cənazəsini 250 min insan ziyarət edib

Böyük Britaniyanın mədəniyyət naziri Mişel Donelan Kraliça II Elizabetin Londondakı Vestminster Hallda ictimaiyyətə açılan cənazəsini 250 min insanın ziyarət etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 96 yaşında dünyasını dəyişən Elizabet dünən keçirilən dəfn mərasimi ilə son səfərinə yola salınıb.

Kraliçanın cənazəsi Vestminster Hallda qlobus, əsa və tac olan katafalka yerləşdirərək kral əsgərləri tərəfindən 24 saat qorunub və dəfn mərasimi 4 gün ərzində ictimaiyyətə açıq olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə