Yoluxucu xəstəliklərdən daha 9 nəfər ölüb - PAKİSTANDA

Yoluxucu xəstəliklərdən daha 9 nəfər ölüb - PAKİSTANDA

Pakistanda baş verən sel fəlakətindən sonra daha 9 nəfər yoluxucu xəstəlikdən dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyulun 1-dən indiyədək yoluxucu xəstəliklərdən ölənlərin sayı 318 nəfərə çatıb.

Daşqının yaratdığı epidemik xəstəliklərlə mübarizə davam edir. Sind əyalət hökumətinin məlumatına görə, daha 9 nəfər qastroenterit, kəskin ishal və malyariyadan ölüb.

Qeyd edək ki, Sinddə yaradılan sağlamlıq düşərgələrində və səyyar xəstəxanalarda son 24 saat ərzində 70 min xəstə müalicə olunub, iyulun 1-dən isə 2,7 milyondan çox insan müalicə olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə