Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla münaqişəyə görə beynəlxalq mexanizmlərdən istifadə etməyə çağırıb
Ararat Mirzoyandan təklif...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşdə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında növbəti gərginliyin qarşısını almaq üçün beynəlxalq mexanizmlərdən istifadə etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti. Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüş zamanı Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmalı olduğunu və güc tətbiqinin və ya onun tətbiqi ilə hədələnməsinin qəbuledilməz olduğunu vurğulayıb. O, həmçinin humanitar problemlərin tezliklə həllinin, o cümlədən bütün erməni hərbi əsirlərin Azərbaycandan qaytarılmasının zəruriliyini də bəyan edib.

Mətbuat xidmətinin məlumatına görə, Mirzoyan Ermənistan tərəfinin guya danışıqlar prosesində iştirak etməyə hazır olduğunu da bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ABŞ dövlət katibinin görüşü Amerika tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə