ABŞ-dan neft qərarı... - 10 milyon barel satacaqlar

ABŞ-dan neft qərarı... - 10 milyon barel satacaqlar

ABŞ administrasiyası strateji neft ehtiyatından 10 milyon barrelə qədər neft satacağını açıqlayıb. SİA xəbər verir ki, ABŞ Energetika Nazirliyindən verilən açıqlamada, artıq 155 milyon barel neftin satıldığı, növbəti satışla bunun 165 milyon barrelə yüksələcəyi bildirilib.

Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib. Ağ Ev iyulun sonunda elan etdi ki, ölkə daxilində benzin qiymətlərinin aşağı düşməsinə kömək etmək üçün strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq. Bu satışlarla ABŞ-ın strateji ehtiyatında xam neftin nisbəti 1984-cü ilin oktyabrından bəri ən aşağı səviyyə olan 434,1 milyon barrelə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə