...Daha bu nə oldu, dünən almanlar, bu gün ingilislər, yox deyəsən bu günkü narazı şotlanddır...görən, davamı olacaqmı?
Beləliklə, Britaniya sakini Liza Reyns adlı birisi Stokportdakı evinə sığındığı Ukraynadan olan qaçqınlardan necə xilas olmağa çalışdığından danışıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri Şotlandiyanın Qlazqo şəhərində nəşr edilən “Daily Record” yayıb.
Deməli, şotlandiyalının dediyinə görə, onun evində Ukraynadan qaçqın kimi gələn dörd nəfərlik ailə məskunlaşıb. Liza Reynsin dediyinə görə, biz onlarla aydan çox yaşamayacaqları barədə razılaşmışdıq. Lakin həmən müddət çoxdan ötüb.
Şotland qadının sözlərinə görə, hökumət miqrantlara müavinət ödəməyi artıq dayandırıb. Ona görə də indi Reyns özü ukraynalı ailəsi üçün yeni ev tapmağa çalışır.
“…Nə biz, nə də onlar normal istirahət edə bilmirik. Yeməkdə anlaşılmazlığımız var, iki dəfə bişiririk. Hər kəsin müxtəlif qida ehtiyacları var, ona görə də bizim üçün olduqca çətindir. Və bundan əlavə duşumuzdakı su daim istehlak olunur”. Reyns deyir bunları...
Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynadan olan qaçqınların Britaniyada ağır həyat şəraiti ilə üzləşdiyi barədə məlumatlar gəlirdi.
Məsələn “The İndependent” yazır ki, bəzi ev sahiblərinin çoxlu sayda insanın yerləşdirilməsi ilə bağlı fikir ayrılığı səbəbindən ukraynalılar həmin evləri tərk etməli və yerli hakimiyyət orqanlarında evsiz kimi qeydiyyatdan keçməli olurlar. Bundan əlavə, minlərlə ukraynalı bir nəfər üçün nəzərdə tutulmuş yaşayış yerlərini zəbt etməyə məcburdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB