Finlandiya ruslar üçün sərhədi niyə bağlamadığını bildirdi

Finlandiya  ruslar üçün sərhədi niyə  bağlamadığını bildirdi

Finlandiya, milli mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edən konstitusiya qanununa görə digər Baltikyanı ölkələrin ardınca ruslar üçün dövlət sərhədini bağlamadı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Finlandiya mətbuatı Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bu məlumatlara görə, Finlandiyada belə bir qərarın qəbul edilməsinə əsaslanan qanunvericilik yoxdur. Ölkə Konstitusiyasına görə, bu cür addımlar ayrı-seçkilik kimi qiymətləndirilə bilər.

“...Səbəbsiz qadağa Konstitusiyada təsbit olunmuş qanunun aliliyi prinsiplərinə zidd hesab olunur. Vətəndaşlığa görə məhdudiyyət ayrı-seçkilik hesab edilə bilər”.

Qeyd edək ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi yerli mətbuata açıqlamasında bildirib.

...Xatırladaq ki, Finlandiyanın qonşuları - Estoniya, Latviya, Litva və Polşa sentyabrın 19-dan Avropa İttifaqının digər ölkələrində verilmiş Şengen vizası olan Rusiya və Belarus vətəndaşlarının öz sərhədlərindən keçməsinə icazə verməyəcək.

Amma təkrar da olsa, onu da xatırladaq ki, məhdudiyyətlər Avropa İttifaqına səfər məqsədi turizm, biznes, idman və ya mədəniyyət olan səyahətçilərə şamil edilir. Yük maşını sürücüləri, diplomatlar və humanitar səbəblərdən sərhədi keçənlər, o cümlədən dissidentlər üçün istisnalar ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə