259 miqrant xilas edilib - TÜRKİYƏDƏ

259 miqrant xilas edilib - TÜRKİYƏDƏ

Türkiyə Sahil Mühafizəsi Xidməti 16, 17, 18 sentyabr tarixlərində İzmirin Səfərihisar, Çeşmə, Menderes, Dikili, Foça və Karaburun rayonları sahillərində Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına yönləndirilən 259 miqrantı xilas edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bundan əlavə, qeyri-qanuni yollarla Avropa ölkələrinə keçməyə çalışan 14 miqrant isə Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə