Baltikyanı ölkələr və Polşa Rusiya vətəndaşlarına Şengen vizası verməyəcək
Estoniya, Latviya, Litva və Polşa qapılarını Rusiya vətəndaşlarının üzünə bağlayıb. SİA xəbər verir ki, Aİ keçən həftə Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini sentyabrın 12-dən dayandırmaq barədə razılığa gəlib. Daha sonra 4 ölkə birgə bəyanatla Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandıracaqlarını açıqlayıb. Tətbiq bu gündən qüvvəyə minib. Rusiya vətəndaşlarının digər Aİ ölkələrinə daxilolma qaydaları artıq ümumi şərtlərdən ibarət olacaq. Rusiya vətəndaşları üçün viza almaq daha çətin olacaq, müraciətlər üçün daha çox sənəd tələb oluna bilər, daha uzun viza prosedurları və müraciət rüsumları arta bilər.
Baltikyanı ölkələr, Polşa, Finlandiya, Çexiya kimi bəzi ölkələr bir müddətdir bu ideyanı dəstəkləsələr də, Fransa, Almaniya, və Yunanıstan administrasiyası kimi üzvlər buna qarşı çıxıb və bunun əvəzinə yalnız nəzarətin gücləndirilməsini istəyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB