Bundestaqdakı “Soyuz-90/Yaşıllar” fraksiyasının xarici siyasət sözçüsü Yurgen Trittin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyindən qəzəblənib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
Onun fikrincə, Ankaranın niyyəti nəticəsiz qalmamalıdır. “NATO üzvü Türkiyə Rusiyanın Avropa sanksiyalarından yan keçməsi üçün Çindən daha çox işlər görür. Siyasətçi əlavə edib ki, heç bir ölkə Şimali Atlantika Alyansından kənarda qala bilməz. Bununla bağlı o, “iqtisadi xarakterli məcburi tədbirlər haqqında düşünməyə” çağırıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ŞƏT-ə üzv olmaq məqsədini açıqlamışdı.
O, təşkilata daxil olarkən “Şanxay beşliyi” ölkələri ilə münasibətlərin yaxşılaşdığını və Türkiyə üçün “tamamilə fərqli mövqenin” formalaşdığını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB