ABŞ Çinə görə “başını itirib"..?

ABŞ Çinə görə “başını itirib"..?

...Rus saytlarının yazdığına görə, Çinin hazırda hansı tərəfdə olduğunu başa düşməyən ABŞ, guya buna görə,..çaşqınlıq içində olaraq, "başını itirib".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“...Rusiya və Çin liderlərinin görüşü ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsindən xəbər verir. Lakin Pekin Ukraynadakı münaqişə səbəbindən hərbi əməkdaşlıqdan ehtiyat edir. Gözlənilir ki, Çin hakimiyyəti Rusiya ilə iqtisadi tərəfdaşlıqda daha aqressiv strategiya həyata keçirəcək”.

Qeyd edək ki, bunu Vaşinqtondakı Stimson Mərkəzinin eksperti Sun Yun bildirib.

“…Vaşinqton çaşqındır və Çinin hansı tərəfdə olduğunu anlamır”. Bunu trlekanal deyib.

Çinin Rusiya ilə münasibətlərdə “dominant mövqe” tutduğunu isə “Financial Times” nəşri yazıb.

Maraqlıdır ki, “Əl-Cəzirə” telekanalının bu ifadəsi də maraq doğurur: “...Rusiya ilə Çin arasında yaxşı münasibətlər onların hər şeydə razılaşdığı anlamına gəlmir”.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Rusiyanın dəstəyinə görə Çinə ultimatum vermişdi. O, Çinə Amerika və digər investisiyaları dayandırmaqla hədələyib.

Qeyd edək ki, ABŞ hələ də Çin və Rusiya arasında ittifaqı təhlükəli hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə