Rusiyanın rəqibi neft hasilatını artırır...amma niyə vaxtından əvvəl?

Rusiyanın rəqibi neft hasilatını artırır...amma niyə vaxtından əvvəl?

Rusiyanın neft sənayesindəki rəqiblərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri 2025-ci ilə qədər gündəlik beş milyon barel hasilat səviyyəsinə çatmağı planlaşdırır.

Qeyd edək ki, SİA-nın “Bloomberg”a istinadən yazdığına görə, əvvəllər ərəblər bu səviyyəyə yalnız 2030-cu ildə çatmağı planlaşdırırdılar.

“Bloomberg” bildirir ki, istehsal hədəflərindəki dəyişiklik dünya təmiz enerjiyə keçməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin qalıq yanacaqlardan pul qazanmaq istəyi ilə bağlıdır.

Bununla belə, 2025-ci ilədək gündə beş milyon barel yeni hədəfə çatmaq son dərəcə çətin olacaq. Ekspertlər bildirirlər ki, bu halda ölkədəki bir çox hasilat layihələrinin dəyəri kəskin artacaq. Buna görə də əvvəlcə Əbu-Dabinin milli neft şirkəti (“Adnoc”) və ölkə hökuməti 2027-ci ilə qədər neftin beş milyon barrelə çatması barədə razılığa gəlməyə çalışıblar.

İndi ölkənin milli neft şirkəti “Adnoc” uzunmüddətli hasilatın 10 faiz və daha çox artımını təmin etmək üçün yerli yataqların işlənməsində iştirak edən beynəlxalq tərəfdaşlarla əlaqə saxlayır. “Bloomberg”in mənbələrinə görə, Birləşmiş Ərəb Əmirlikləri 2025-ci ilə qədər hasilatı hədəf səviyyəyə çatdıra bilsə, 2030-cu ilə qədər ölkə gündə altı milyon barel hasil etməyi hədəfləyəcək.

Xatırladaq ki, hələ avqustun 3-də Rusiyanın da daxil olduğu “OPEC+” sazişinin iştirakçıları sentyabr ayından hasilatı gündə cəmi 100 min barel artırmaq barədə razılığa gəlmişdilər.

Qeyd edək ki, məhdud hasilat artımını “Reuters” qışda enerji böhranı zamanı güc ehtiyatlarını saxlamaq istəyi ilə izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə