“Təcili olaraq Rusiyaya birləşməliyik..!”

“Təcili olaraq Rusiyaya birləşməliyik..!”

“Donetsk Xalq Respublikası”nın İctimai Palatasının nümayəndələri respublika rəhbəri Denis Puşilinə müraciət edərək, mümkün qədər tez Rusiyaya birləşmək üçün referendum keçirmək xahişi ilə müraciət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Qeyd olunur ki, respublika rəhbərinə və Xalq Parlamentinə müraciəti bazar ertəsi, sentyabrın 19-da palatanın sədri Aleksey Kofman oxuyub.

Siyasətçi vurğuladı ki, palata üzvləri “Rusiya Federasiyasının sərhədinin bizimlə Ukrayna arasında olmasını” arzulayırlar ki, Donbass yenidən Rusiyanın tərkibinə daxil olsun.

Onun fikrincə, Donbass xalqı belə bir hüquqa layiqdir.

Qeyd edək ki, bundan əvvəl xəbər verilmişdi ki, “Luqansk Xalq Respublikası” İctimai Palatası da dərhal referendumun keçirilməsi xahişi ilə dövlət başçısı Leonid Paseçnikə müraciət edib.

Palata vurğulayıb ki, ümumxalq səsverməsinə hazırlıq xeyli vaxt tələb edəcək. Buna görə də, əvvəlcədən hazırlamaq, edilməsi lazım olan hər şeyi hesablamaq lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə