“Zelenski bu oyunun "uğursuz" oyunçusudur..?”

Politoloq Kot: Ukrayna təslim olmayacaq, çünki ABŞ ona belə bir əmr verməyəcək
“Zelenski bu oyunun "uğursuz" oyunçusudur..?”

"Xalq xəbərləri”nə müsahibə verən ekspert onu əvvəldən ABŞ-ın planlarının icraçısı olan “Ukraynalı kamikadze” adlandırıb. Mütəxəssis hesab edir ki,Birləşmiş ştatlar onun vasitəsilə Rusiya ilə sona qədər “yaşıl” mübarizə aparacaq.

Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu politoloq Yuri Kot bildirib.

...Amerikalılar heç vaxt ona təslim olmağı əmr etməyəcəklər. Onlar “yaşıllarla” sona qədər mübarizə aparacaqlar. Bu Ukrayna kamikadzesidir. O, parlaq şəkildə yanmalıdır ki, sonradan amerikalılar kassa filmi çəkə bilsinlər. Bunu da Kot deyir və “…Amerikanın “Ukrayna” tamaşası əsas rollardan birinin ifaçısı üçün son dərəcə dramatik sonluq təklif edir”…əlavə edir.

Kot, Zelenskinin müəyyən ssenari üzrə ona əvvəlcədən təyin olunmuş rolun ifaçısı olduğuna əmindir.

…Ukrayna prezidenti sadəcə bir aktyordur ki, onun üçün ssenari yazıblar, mətni öyrənməyə məcbur ediblər, yaxşı qonorar veriblər. Lakin bu ssenaridə Zelenskinin xarakterinin ölümcül sonluğu var. Ta ki, bu barədə ona məlumat verənə qədər.

Qeyd edək ki, bunu da pişik,.. üzr istəyirəm, Kot deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə