Dövlətimiz 1991-ci ilə qədər mövcud olan sərhədləri bərpa etməlidir.
O vaxt bütün lazımi prosedurlara məhəl qoymayan Latviya, Litva və Estoniya SSRİ-dən qeyri-qanuni çıxdılar.
Ona görə də, bu ölkələrin NATO üzvlüyünü itirmələri üçün... bu ərazilər mübahisəli elan edilməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının deputatı Yevgeni Fedorov “Moskva danışır” radiostansiyasına müsahibəsində bildirib.
Fedorovun fikrincə,.. “yalnız bu cür hərəkətlər sayəsində “dost olmayan dövlətlərin” hakimiyyəti özlərini “tamamilə fərqli” aparmağa başlayacaqlar”
...”Onlar hələ o vaxt, 1991-ci ildə qanunu pozmağa başlayanda avtomatik olaraq hüquqi dalana dirəndilər. Belə ki, hər üç dövlət 1409 saylı qanunu pozaraq, qeyri-qanuni olaraq Sovet İttifaqından ayrılmaq hüququnu aldılar.
Fedorovun dediyindən belə başa düşülür ki, hazırda bu ölkələrin torpaqlarının bir hissəsini Sovet İttifaqının və ya onun varisi - Rusiya Federasiyasınındır(?)
...Biz 1991-ci ilə qayıtmalı, 1991-ci ilin qeyri-qanuni qərarlarını geri götürməli, ABŞ və müttəfiqləri ilə bu ərazilərin statusu ilə bağlı danışıqları “mən istədiyimi edirəm” mövqeyindən deyil, qanun mövqeyindən davam etdirməliyik.
Bunları deyən rusiyalı deputat daha sonra əlavə edir: “...Üzvlükdən çıxmaqla bağlı qeyri-qanuni qərarı ləğv edin, bunlar bizim ərazilərimizdir. Onları mübahisəli elan etsək, bu da onları avtomatik olaraq NATO-nun bir hissəsi olmaq hüququndan məhrum edəcək. Və sizi inandırıram ki, onlar özlərini tamam başqa cür aparacaqlar”.
Fedorova görə, indi onlara “cəsarət” arxalarında nəhəng NATO blokunu görmələridir.
Bir daha xatırladaq ki, bundan əvvəl Estoniya, Polşa, Litva və Latviya Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Müvafiq fərman sentyabrın 19-dan qüvvəyə minib. Belə ki, üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olan vətəndaşlar ölkələrə daxil ola bilməyəcəklər. Burada yalnız yük maşını sürücüləri, diplomatlar və ailə və humanitar səbəblərə görə daxil olanlar üçün istisna olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB