Ukrayna Efiopiya və Somaliyə pulsuz taxıl göndərdi

Ukrayna Efiopiya və Somaliyə pulsuz taxıl göndərdi

Ukrayna Nazirlər Kabineti aclıqdan əziyyət çəkən Afrika ölkələrinə 50 min ton taxıl pulsuz göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hökumətin müvafiq qərarında deyilir.

Sənəddə buğdanın Efiopiya və Somaliyə göndəriləcəyi bildirilir. Ukrayna Dövlət Ərzaq və Taxıl Korporasiyası səhmdar cəmiyyəti də öz ehtiyatlarından taxıl ayıracaq, bundan sonra dövlət büdcəsinin ehtiyat fondu şirkətə 420 milyon qriven (təxminən 683 milyon rubl) kompensasiya verəcək.

Qətnaməyə uyğun olaraq, ölkənin Xarici İşlər Nazirliyi gələcək logistika məsələlərini, habelə Odessa Dəniz Ticarət Limanından bu ölkələrin limanlarına taxılın daşınması üçün beynəlxalq təşkilatların vəsaiti hesabına ödənişi BMT ilə razılaşdırmalıdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynadan kasıb ölkələrə taxıl tədarükünün artırılmasına ümid etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə