“RPL-202 kəmər sursatları olan yeni yüngül pulemyot üzərində işlər yekunlaşmaq mərhələsindədir.
SİA xəbər verir ki, bu barədə TASS-a Kalaşnikov konserninin prezidenti Alan Luşnikov məlumat verib.
“”RPL-20” üçün biz inkişaf işləri mərhələsindəyik. Onlar tam qrafikə uyğun həyata keçirilir”.
Qeyd edək ki, bunu konsernin prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, 5.45-ə 39 millimetr çaplı RPL-20-nin hazırlanmasından sonra konserni NATO standart patronları üçün kameralı versiya yaratmağa başlayacaq.
2021-ci ilin noyabrında Kalaşnikov konserninin baş konstruktoru Sergey Urjumtsev demişdi ki, “RPL-20” NATO ölkələrində istifadə olunan 7,62x39 mm və 5,56x45 mm-lik patronlar üçün kameralı versiya ala bilər.
Elə həmən ilin sentyabrında məlum oldu ki, Rusiyada “RPL-20” yüngül pulemyotunun prototiplərinin sınaqlarına başlanılıb.
Onu da qeyd edək ki, pulemyotun ilk prototipi “Ordu-2020” forumunda nümayiş etdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB