Türkiyenin terrorla mübarizəsi davam edir

Türkiye Silahlı Qüvvələrinin terrorla mübarizəsi nəticəsində daha 23 terrorçu zərərsizləşdirilib.
Türkiyenin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü 6 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Dayanmaq, yorulmaq yoxdur, mübarizəyə davam. Qəhrəman komandolarımız Barış bulağı sülh çeşməsi" əməliyyatı bölgəsində aşkarladıqları 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçuları qazdıqları səngərlərdə basdırmağa davam edəcəyik", - deyə bildirilib.

Digər tərəfdən, Türkiye Silahlı Qüvvələrinin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində 1 əsgərin şəhid olduğu hücumdan sonra həyata keçirdiyi "cəzalandırma atışları" nəticəsində aralarında hücumu edənlərin də olduğu 17 terrorçu zərərsizləşdirilib.

Türkiye Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Şəhidimizin qanını yerdə qoymadıq, qoymayacağıq da! Suruç/Şanlıurfada qəhrəman əsgərimizi şəhid edən terrorçulara qarşı açılan cəzalandırma atışlarında 80-ə yaxın hədəf məhv edilib, ümumilikdə 17 terrorçu zərərsizləşdirilib" ifadələrdən istifadə edilib.

Xatırladaq ki, Şanlıurfa vilayətinin Suruç qəsəbəsi sərhəd polis idarəsində vəzifəli əsgər dünən Suriya sərhədində terrorçuların həyata keçirdiyi reaktiv yaylım atəşi nəticəsində şəhid olub, bir əsgər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə