...Axır ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun bu təklifinə də dəstək gəldi.
Beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ramzan Kadırovun əhalinin öz-özünə səfərbər olunmasının zəruriliyi ilə bağlı irəli sürdüyü ideyanı təbliğ edib və bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin ekspertləri tərəfindən qiymətləndirilməyə “çağırıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Kreml nümayəndəsi bazar ertəsi keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
...Buna hərbi peşəkarlar baxımından qiymət vermək lazım olduğunu bildirən Peskov, ölkənin Müdafiə Nazirliyinin, təbii ki, buna qiymət verəcəyini istisna etməyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Kadırov öz Teleqram kanalında Rusiya Federasiyasının regionlarının rəhbərlərinə müraciət edərək Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qatılmaq üçün könüllü dəstələr yaratmağa çağırış etmişdi.
Ölkədə könüllülər sırasına qoşulmağa hazır olan kifayət qədər vətənpərvər olduğunu deyən Kadırov, regionun hər bir rəhbərini ən azı min könüllü hazırlamayıb, maarifləndirərək döyüşə göndərməyi təklif etmişdi.
Təbii ki, bir region üçün bu rəqəmin kiçik olduğunu deyən Ramzan, amma ölkə miqyasında bunun 85 min nəfərlik təsiredici hərbi kontingent olduğunu da bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB