...Kreml müğənni Alla Puqaçovanın sosial şəbəkələrdə onun xarici agentlər siyahısına salınması ilə bağlı paylaşımına münasibət bildirmir.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə verdiyi açıqlamada Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu məsələ ilə bağlı “...mən bu mövzuda heç bir şərh verməyəcəyəm”-deyə bildirib.
Peskov, belə bir bəyanata cavab olaraq hər hansı tədbir görülməli olub-olmaması ilə bağlı suala belə cavab verib: “Məncə, bu, Kremlə aid bir sual deyil”.
Xəbər verdiyimiz kimi, rusiyalı müğənni bir gün əvvəl sosial şəbəkədə yazı dərc edərək, Ədliyyə Nazirliyinə əri Maksim Qalkindən (...qeyd edək ki, Qalkin “satqın” kimi Rusiyadakı xarici agentlərin fiziki şəxslər reyestrinə daxil edilib-A.B.) sonra onu da xarici agent kimi tanımasını xahiş edib.
Qeyd edək ki, Rusiya qanunlarına görə, Ədliyyə Nazirliyi özləri belə bir istək ifadə edən vətəndaşları xarici agent kimi tanımağa borcludur, lakin rusiyalı hüquqşünaslar bildirirlər ki, bu, sosial şəbəkələrdəki yazı ilə həll edilmir və əgər sən satqınsansa, bu halda Rusiyanın Ədliyyə Nazirliyinə rəsmi açıqlama ilə müraciət etməlisən.
Xatırladaq ki, Alla Borisovna dünən əri ilə həmrəylikdən, vicdanlı, ləyaqətli, səmimi insan və Rusiyanın vətənpərvəri olmasından yazıb. O, parodistin Vətənə firavanlıq, əmin-amanlıq arzuladığını da bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB