Britaniya Kraliçasının dəfn mərasimi keçirilir - VİDEO

Britaniya Kraliçasının dəfn mərasimi keçirilir - VİDEO

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb. SİA-nın məlumatına görə, mərasim Vestminster abbatlığında keçirilir.

Vidada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Kraliçanın tabutu abbatlığın əsas mehrabına qoyulub.

Onu son mənzilə Kanterberi arxiyepiskopu Castin Uelbi iki min qonağın - kral ailəsinin üzvləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin iştirakı ilə yola salacaq.

Xor XVIII əsrə aid dövlət dəfnlərindəki ənənə olan İncildən sətirlər oxuyur.

Bütün xəbərlər Facebook səhifəmizdə