4 milyon yapon təxliyə edilir

Yaponiya Meteorologiya İdarəsi (JMA) ölkənin cənubundakı Kyuşu bölgəsində təsirli olacağı gözlənilən Nanmadol qasırğasına qarşı 5-ci səviyyəli xəbərdarlıq edib. SİA-nın xrici mətbuata istinadən veridiyi məlumata görə, xəbərdarlıq çərçivəsində 1,94 milyon ev və 4 milyon 30 min insan üçün təxliyə çağırışları edilib.

Xəbərdarlıqda “görünməmiş dəhşətli fırtına”nın bölgədəki Kaqoşima əyalətində rekord miqdarda yağıntıya səbəb olacağına diqqət çəkilib.

Ölkənin ən böyük hava yolları xidməti 500-dən çox səfərin ləğv edildiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə