"Big Ben" istintaq altındadır

Ölən kraliça Elizabetin şərəfinə İngiltərədə 1 dəqiqəlik sükutla yad edilən tarixi saat qülləsi Biq Benin zəngləri çalmadığı üçün təcili istintaq başladılıb. SİA xəbər verir ki, İngiltərənin ən uzun müddət hakimiyyətdə olan monarxı kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında dünyasını dəyişdikdən sonra yerli vaxtla saat 20:00-da ölkə boyu bir dəqiqəlik sükutla yad edilib və bununla əlaqədar da dünyaca məşhur Big Ben saat qülləsinin zənglərinin əvvəlində və sonunda çalınması planlaşdırılıb.

Minlərlə insan Big Benin ətrafına toplaşaraq zəngi gözləyərkən, saat qülləsinin zəngləri çalmayıb. "Biz bunu təcili olaraq araşdırırıq, lakin əminik ki, bu, sabah dövlət dəfn mərasimi zamanı parada təsir etməyəcək"- deyə, Böyük Britaniya parlamentinin sözçüsü açıqlamasında bildirib. Sabah səhər Vestminster Abbey kilsəsində keçiriləcək cənazə mərasiminin ardından kraliça II Elizabetin cəsədi Sankt-Peterburqda dəfn ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə