Avropaya qazsız çətin olacaq...

...Yaxın iki ildə Avropanın Rusiya qazından asılılığını azaltmaq, hasilatı kütləvi şəkildə dayandırmadan mümkün deyil.

SİA-nın əldə etdiyi məlumata görə, RBC araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, bu qənaətə “Yakov and Partners” konsaltinq şirkətinin ekspertləri gəlib.

Beləliklə, analitiklərin fikrincə, Avropa Rusiya yanacağından asılılığını aradan qaldırmayıb və bu o deməkdir ki, Rusiyadan qaz tədarükünü saxlamadan və ya iqtisadiyyatı əhəmiyyətli dərəcədə azaltmadan qarşıdan gələn qışı və 2023-cü ili keçə bilməyəcək.

Sənəddə qeyd edilir ki, Avropa ölkələri 2022-ci ilin sonuna qədər öz ehtiyaclarını ödəmək üçün ya Rusiyadan idxalı saxlamalı, ya da qaz istehlakını əlavə olaraq 7-12 milyard kubmetr azaltmalı olacaqlar. Bu isə bir sıra sənaye müəssisələrinin tam və ya qismən bağlanması ilə mümkündür.

Bununla yanaşı, tədqiqatın müəllifləri xatırladıblar ki, Avropada azot gübrəsi istehsalının 70 faizi artıq dayandırılıb, alüminium istehsalı 25 faiz, polad istehsalı isə 5 faiz azalıb. Mütəxəssislər etiraf ediblər ki, hasilatın azalması mülayim keçməsi ehtimal olunan qış şəraitində belə davam edəcək.

Yeri gəlmişkən bu yaxınlarda Litva, Polşa və Almaniyanın ən böyük şirkətləri də hasilatın azaldığını və ya fabriklərin bağlandığını elan ediblər.

Bundan əlavə, Yaxın Şərqin ən böyük gübrə istehsalçısı olan “Fertiglobe” şirkəti qlobal bazar üçün davam edən təhdidlər barədə xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə