...Soyutma kartof yeyənlər, indi bizdən qara “ikra” tələb edirlər
Rus saytları alman nəşrlərinə istinadən Almaniyaya gələn və alman xeyriyyə təşkilatlarının köməyindən istifadə edən ukraynalı qaçqınların təşkilat işçilərinə qarşı kobud davranaraq onlardan bahalı yeməklər verməyi tələb etdiklərindən yazırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bu barədə Veymarda çıxan “MDR” nəşri xəbər paylaşıb.
Onun sözlərinə görə, o, hər gün ukraynalıların kobud davranışı ilə qarşılaşır, çünki “kimsə nəyisə bəyənmir”. Nəşrin yazdığına görə, təşkilatın Steffi adlı əməkdaşı əvvəllər Suriya qaçqınları ilə işləyərkən belə hallarla rastlaşmadığını bildirib.
Maraqlıdır ki, Steffi bir dəfə ukraynalı qaçqınlar üçün yemək paketlərindən birinə qoyduğu solmuş kahının başına necə atıldığını xatırladıb.
Bundan əlavə, döyüşlər zamanı Ukraynadan gələn vətəndaşlar tez-tez siyahılarla gəlib müəyyən ərzaq məhsulları tələb edirlər. Siyahıya bəzən qırmızı və qara kürü, pendirlər və krevetlər də daxildir.
Qaçqınların Ukrayna nömrəli bahalı yolsuzluq avtomobilləri ilə ərzaq almağa gəldiklərini deyən təşkilatın başqa bir əməkdaşın dediyinə görə, “...onlara həqiqətən ehtiyac olub-olmaması sual doğurur”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB